Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin 2-ci iqtisadi forumu keçirilir.
AZƏRTAC xəbər ki, forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə təşkil edilib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 1-ci iqtisadi forumu keçirilib.
“Bugünkü forumda hər iki tərəfdən 400-ə yaxın müxtəlif sektorlarda fəaliyyət göstərən nümayəndə iştirak edir. KƏŞ ölkələrindən Azərbaycan iqtisadiyyatına indiyədək birbaşa yatırılan sərmayənin həcmi 4 milyard dollar təşkil edib. Azərbaycan ilə KƏŞ ölkələri arasında ticarət dövriyyəsi ötən il 2,5 dəfə artaraq 175 milyon dollara çatıb”, - Yusif Abdullayev vurğulayıb.
Forumda Körfəz ölkələri ilə bərpaolunan, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq, KƏŞ və Azərbaycan arasında nəqliyyat və logistika sektorlarında problemlər və imkanlar müzakirə edilir.