Hacıqabulda buraxılan avtobuslar Bakı–Sumqayıt marşrutunda

post-img

Metronun “Azadlıq prospekti” stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti sərnişinlə­rin istifadəsinə verilib.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzə­yevin bildirdiyinə görə, marşrut üzrə iş­ləyən yeni “Isuzu” avtobusları “AzMaşın” Hacıqabul Sənaye Məhəlləsi ilə Özbəkista­nın “SamAuto” şirkətinin birgə istehsaldır.

Qeyd edək ki, Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyevin 2021-ciilin sentyabrında Hacıqabul Sənaye Məhəl­ləsində açılışını etdiyi “AzMaşın” zavodu rayonun iqtisadi inkişafı üçün böyük tə­kan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayır. Bu prosesdə Özbəkistanla əmək­daşlıq hər iki ölkənin iqtisadiyyatı üçün böyük önəm daşıyır. 

“AzMaşın” və “Uzavtosanoat” səhm­dar cəmiyyətlərinin müştərək müəssisə­si olan “Azərmaş CP”də “Minik av­tomobilləri və sərnişin avtobuslarının istehsalı” birgə layihəsi uğurla davam et­dirilir. İndiyədək 14 modeldə 2,5 mindən çox “Chevrolet” markalı minik avtomobili və Yaponiyanın “İSUZU” brendinin avto­busları istehsal olunub.

İqtisadiyyat