“The Economist”in ölkəmizlə bağlı nikbin proqnozu

post-img

Qaz hasilatı 2024–2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək. Bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in ölkə ilə bağlı proqnozunda bildirilib.

Qeyd olunub ki, 2028-ci ilə qədər nef­tin bir barelinin qiyməti 70 ABŞ dolların­dan yuxarı səviyyədə qalacaq. Azərbayca­nın orta müddətli artımı qeyri-neft və qaz sektorlarında istehsalın genişlənməsindən də faydalanacaq. 2024–28-ci illər üzrə iqtisadi artım proqnozu on illik tarixi orta göstəricidən daha yuxarı olacaq.

“The Economist”, ümumilikdə, 2024-cü il üzrə Azərbaycanda 2,6 faiz, 2025 və 2026-cı illərdə 2,9 faiz, 2027-ci ildə 3,1 faiz və 2028-ci ildə isə 3,2 faiz iq­tisadi artım proqnozlaşdırıb.

İqtisadiyyat