7 ayda 4 min 500-dən çox alıcı şikayəti araşdırılıb

post-img

Bu ilin 7 ayı ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və təbii inhisarların fəaliyyəti ilə əlaqədar 4 min 550 istehlakçı müraciə­tinə baxılmışdır. Şikayətlərin 53,2 faizi qeyri-qida, 5 faizi qida, 39,6 faizi xidmət, 1,9 faizi dərman vasitələri və tibbi avadanlıqlar, 0,3 faizi isə digər sahələrlə bağlı olub. 

Dövlət Xidmətindən “XQ”yə bildirilib ki, Antiinhisar və İstehlak Bazarına Nə­zarət Dövlət Xidməti istehlakçı hüquqları­nın müdafiəsi və istehlak bazarına nəzarət sahələrində pozuntu hallarının qarşısının alınması və vətəndaş müraciətlərinə çevik şəkildə baxılması istiqamətində fəaliyyəti­ni davam etdirir.

İqtisadiyyat