2024-cü ilin yanvar–avqust aylarında Azərbaycan dünyanın 23 ölkəsinə 10 milyard 308 milyon 18,86 min ABŞ dolları dəyərində 16 milyon 475 min 802,81 ton neft ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Komitənin hesbatına əsasən, cari ilin 8 ayında İtaliyaya 3 milyard 940 milyon 368,79 min dollar dəyərində 6 milyon 226 min 91,81 ton neft ixrac edilib. Bununla da, İtaliya əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın ümumi neft ixracında yenə birinci olub. Ölkəmizin ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 milyard 377 milyon 514,65 min dollar dəyərində 2 milyon 233 min 526,78 ton neft göndərilib. Siyahıda ilk üçlüyü isə Çexiya tamamlayıb. Belə ki, 8 ayda bu ölkəyə 738 milyon 773 min dollarlıq 1 milyon 165 min 388,19 ton neft ixrac olunub.
Xatırladaq ki, hesabatda qeyd olunan göstəricilərdə yanvar–avqust aylarında gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.