“Azərkosmos” Nigeriyada da teleyayım xidməti göstərəcək

post-img

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) Nider­land Krallığının Amsterdam şəhərində keçirilən “IBC 2024” beynəlxalq sərgi-konfransı çərçivəsində qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalayıb. Bu əməkdaşlıq sayəsində “Azərkos­mos” “ABS” şikətinə məxsus peyk vasitəsilə Nigeriya ərazisində öz müş­tərilərinə “Pay TV” (ödənişli televiziya yayımı) xidmətini təqdim edəcək.

Qeyd edək ki, “Pay TV” yalnız peyk və ya kabel televiziyası şirkətinə abunə yolu ilə həyata keçirilən xidmətdir. Eyni za­manda, qlobal peyk operatoru ilə tərəfdaş­lıq Azərkosmos üçün yeni biznes xətlərini genişləndirmək imkanı yaradır. Belə ki, “Azərkosmos” təkcə öz peyk resurslarının satışı ilə deyil, həm də qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiya­laşdırılması ilə gəlir əldə edir və Afrika bazarında video xidmətlərinin həcmini ar­tırır.

“Bir neçə istiqamətdə yeni kommersiya imkanları yaradan bu əməkdaşlıq nəticə­sində “Azərkosmos”un xidmətləri Afrika regionunda daha da genişlənəcək. “ABS” ilə birgə görüləcək işlərin təməlində key­fiyyət, müştəri məmnuniyyəti və xidmət davamlılığı dayanır”, – deyə “Azərkos­mos”un İdarə heyətinin sədr müavini Fuad Aslanov bildirib.

“ABS” şirkətinin baş kommersiya di­rektoru Ramsi Hanfur əlavə edib: “Bu tərəfdaşlıq Qərbi Afrika bazarında həm əhatə dairəmizi, həm də xidmət təklifləri­mizi genişləndirmək fürsəti verir. Biz regi­onda etibarlı və yüksək keyfiyyətli ödənişli televiziya yayımı xidmətləri sayəsində təc­rübəmizi birləşdirəcəyik”.

İqtisadiyyat