Qazaxıstanla 6 aylıq mübadilə

post-img

2024-cü ilin yanvar–iyun aylarında Qazaxıstanla Azərbay­can arasında ticarət dövriyyəsinin həcmi 280,6 milyon dollar təşkil edib. Bu barədə Qazaxıstanın Milli Statistika Bürosu məlumat verib.

Bildirilib ki, hesabat dövründə Azərbaycandan Qazaxıstana ixrac 24,5 milyon dollar, bu ölkədən Azərbaycana ixrac isə 256,1 milyon dollar təşkil edib. Statistikaya əsasən, ölkəmi­zin Qazaxıstanın ümumi ti­carət dövriyyəsində payı 0,4 faiz, ümumi ixracda payı isə 0,7 faiz təşkil edib.

İqtisadiyyat