Qarabağa kredit ayrılması 13 faiz çoxalıb

post-img

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cari il iyulun 1-dək Qarabağ iqtisadi rayonunda verilmiş kreditlərin həcmi 456 milyon 441 min manata çatıb. İlin əvvəlində isə bu məbləğ 404 milyon 983 min manat olub. Beləliklə, ilin əvvəlindən iqtisadi rayon üzrə kredit portfeli 51 milyon 459 min manat və ya 13 faiz çoxalıb. Qarabağda kreditlərin böyük hissəsi manatda verilib və həcm 455 milyon 627 min manat, orta faiz dərəcəsi isə 18,87 faiz olub.

 

İqtisadiyyat