1995-ci ildən 2024-cü ilin birinci I rübünün sonuna qədər Azərbaycan Türkiyəyə, təqribən, 20 milyard ABŞ dolları, qardaş ölkə isə respublikamıza 16 milyard ABŞ dolları dəyərində investisiya yatırıb.
İqtisadiyyat Nazirliyindən qəzetimizə bu barədə verilən məlumatda bildirilir ki, ölkəmizdə 4200-ə yaxın Türkiyə investisiyalı kommersiya qurumu fəaliyyət göstərir və Azərbaycanda iqtisadiyyata cəlb olunan birbaşa xarici sərmayələrin həcminə görə, qardaş ölkə 2-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, cari ilin yanvar–iyul aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 620 milyon 387 min ABŞ dolları təşkil edib.