Cari ilin ikinci rübündə Dövlət Neft Şirkəti tərəfindən 21,6 min metr qazma işləri həyata keçirilib.
Şirkətdən verilən məlumata görə, cari ilin ikinci rübündə qazma işləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 faiz artıb. Qurumun müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı ötən illə müqayisədə təxminən 5,2 faiz artaraq ikinci rüb üzrə 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə cari ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton xam neft hasil olunub.