Qarabağda tikinti–quruculuq bu il daha da genişlənib

post-img

6 ayda 2 milyard manatlıqdan çox inşaat işləri görülüb

2024-cü ilin yanvar–iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib.

Dövlət Statistika Komitəsinin bununla bağlı hesabatında  bildirilir ki, həmin  göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8 faiz və ya 381 milyon 790 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib.

Xatırladaq ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (438,5 milyon manat), Ağdam (308,5 milyon manat) və Laçın (242,4 milyon manat) rayonlarına ayrılıb.

Qeyd edək ki, bu dövrdə tikinti–quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Qubadlı 2,6 dəfə, Ağdamda 2,3 dəfə, Şuşada isə 52 faiz artırılıb.

İqtisadiyyat