Hacıqabulda da Günəş Elektrik Stansiyası qurulacaq

post-img

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İZİA-dan aldığımız məlumata görə, memorandumu agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “AGAS Group” MMC-nin direktoru İlkin Quliyev imzalayıblar. Sənədə əsasən, ölkəmizdə keçiriləcək COP29-a və “yaşıl” enerji islahatlarına dair öhdəliklərin dəstəklənməsi məqsədilə İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yerləşən obyektlərin alternartiv enerji ilə təmin edilməsi nəzərdə tutulur.

Memorandum çərçivəsində “AGAS Group” MMC tərəfindən Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq Günəş Elektrik Stansiyasının (GES) qurulmasının texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Növbəti mərhələdə GES-in qurulması və sənaye parkının “yaşıl” enerji ilə təmin olunması planlaşdırılır.

İqtisadiyyat