İlin əvvəlindən ölkədə 45,4 min iş yeri açılıb

post-img

Dövlət Statistika Komitəsindən redaksiyamıza bildirilib ki, bu ilin yanvar–iyun aylarında yaradılmış iş yerlərinin 95,1 faizi qeyri–dövlət sektorunda açılıb. Bunun 79,4 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 18,9 faizi digər regionların payına düşür. 

Yeni məşğulluq obyektlərinin 4,7 faizi Abşeron–Xızı, 2,1 faizi Gəncə–Daşkəsən, 2,1 faizi Lənkəran–Astara, 1,9 faizi Quba-Xaçmaz, 1,8 faizi Şirvan–Salyan, 1,3 faizi Qazax–Tovuz, 1,2 faizi Qarabağ, 1,2 faizi Şəki–Zaqatala, 1,0 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,4 faizi Mil–Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarında yaradılıb. Açılmış iş yerlərinin 10,6 faizi yeni, 88,4 faizi mövcud, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb. 

Bununla yanaşı, bu ilin birinci yarımili ərzində ölkədə 4,5 min iş yeri bağlanıb. Bunun  48,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 51,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 48,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

 

İqtisadiyyat