7 ayda 37 milyard manatdan çox sənaye məhsulu

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri neft-qaz sektorunda isə 8 faiz çoxalıb. Sənaye məhsulunun 65 faizi mədənçıxarma, 29,3 faizi emal, 4,8 faizi elektrik enerjisi və 0,9 faizi isə su təchizatı sektorunda istehsal olunub.

 

İqtisadiyyat