Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 272,8 milyon manat vergi daxil olub.
Bununla bağlı qurumun məlumatında daha sonra bildirilir ki, qeyd edilən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azdır.
7 aylıq vergi daxilolmalarının 6 milyard 944,1 milyon manatı və yaxud 67,6 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 12,6 faiz çoxdur.