İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edib.
Qurumdan redaksiyamıza daxil olan məlumata görə, AZSTANDART tərəfindən beynəlxalq təcrübə və yerli tələblər nəzərə alınaraq hazırlanmış yeni dövlət standartlarının tətbiqi yol infrastrukturunun davamlı və effektiv idarə olunmasına, eləcə də şəhər daxilində təhlükəsiz, eləcə də nizamlı hərəkət mühitinin formalaşmasına şərait yaradacaq.