Dövlət satınalmalarının elektron qaydada həyata keçirilməsi sahibkarların sərbəst və vaxt itkisinə məruz qalmadan satınalmalarda iştirakına və subyektiv amillərin aradan qaldırılmasına şərait yaradır.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Xidmətin rəisi qeyd edib ki, 2024-cü ilin 6 ayı ərzində elektron satınalmaların həcmi 1 milyard 455,7 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ilin müvafiq dövrünə nəzərən 3 dəfyədək artım deməkdir.
Satınalmaların rəqəmsallaşdırılması rəqabətliliyin qorunmasına, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəlməsinə töhfə verir.