Dövlət Neft Fondunun qızıla olan investisiyasının həcmi çoxalıb

post-img

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini ötən ilə nisbətən 3,3 faiz artırıb.

ARDNF-in 2024-cü ilin II rübü üzrə in­vestisiya fəaliyyətinin yekunlarına dair hesa­batında bildirilir ki, ABŞ dolları portfelinin 8 milyard 574,6 milyon dollarlıq hissəsini (14,8 faiz) qızıl investisiyaları təşkil edir.

Fondun qızıl ehtiyatı cari il iyunun 30-u tarixinə 114,9 ton təşkil edib.

İqtisadiyyat