79 layihəyə 1,4 milyon manatdan çox dəstək

post-img

Kiçik və orta biznes (KOB) su­byektlərinin təhsil, elm və tədqiqat üzrə layihələrinin maliyyələşdiril­məsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən cari ilin yan­var–iyun ayları ərzində 21 layihəyə 374 min 488 manat həcmində qrant ayrılıb.

Agentlikdən redaksiyamıza daxil olan məlumata görə, indiyədək KOB-ların yuxa­rıda sadalanan istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək üçün 5 qrant müsabiqəsi təşkil edilib. Bu müsabiqələrə təqdim edilmiş layihələrdən 79-na 1,4 mil­yon manatdan çox qrant dəstəyi göstərilib.

Qrant müsabiqələrinin keçirilməsi, la­yihələrin ekspertizası, maliyyələşdirilməsi, monitorinq və hesabatlılıq məsələləri Nazir­lər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənən “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələş­dirilməsi Qaydası”na uyğun həyata keçirilir. Qaydaya əsasən, müsabiqəyə təqdim olunan layihələr müxtəlif dövlət və özəl qurumları təmsil edən 7 nəfərdən ibarət Ekspert Komis­siyası tərəfindən qiymətləndirilir.

İqtisadiyyat