SOCAR-ın yerli neft layihələrində payı artdı

post-img

Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi layihəsində 50 faizlik payını Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satmaq üzrə sövdələşməni başa çatdırıb. Bu barədə Norveç şirkətinin yaydığı açıqlamada bildirilib.

Məlumatda, həmçinin qeyd olunub ki, “Equinor” şirkəti 2024-cü ilin sonuna qə­dər “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəmərinin işlənməsi layihələrindəki paylarının satışı üzrə sövdələşməni ta­mamlamağı planlaşdırır. Norveç şirkəti xatırladıb ki, 2023-cü il dekabrın 22-də SOCAR ilə AÇG, BTC və “Qarabağ” la­yihələri də daxil olmaqla Azərbaycandakı portfelinin satışına dair saziş imzalayıb. 

“Equinor” SOCAR-a “Azəri-Çı­raq-Günəşli” blokunun işlənməsi layihə­sində 7,27 faizlik, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8,71 faizlik, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50 fa­izlik paylarını satıb. Yeri gəlmişkən, söv­dələşmədən əvvəl SOCAR-ın AÇG-də iştirak payı 25 faiz, BTC-də 25 faiz, “Qa­rabağ” yatağında isə 50 faiz təşkil edib.

Qeyd edək ki, “Qarabağ” yatağı Bakıdan 130 kilometr şərqdə yerləşir. Müqavilə sahəsi 16 milyon ton neft və 28 milyard kubmetr qaz ehtiyatına malikdir. Burada dənizin dərinliyi 180 metr təşkil edir.

İqtisadiyyat