Yüksək gərginlikli hava xətləri yerin altına köçürülür

post-img

Bakı şəhərinin Hava Limanı, Zığ şosesi və 8 Noyabr prospektində 5 yerdə yolların üzərindən keçərək kəsişən və Hava Limanı yolunun kənarında yerləşən 110 kV-luq iki dövrəli yüksəkgərginlikli hava xətləri “AzərEnerji” tərəfindən sökülərək yeraltı kabel xətlərinə keçirilir.

“AzərEnerji”nin bununla bağlı mə­lumatında bildirilir ki, yol kəsişmələrində nəqliyyatın intensiv hərəkəti hava xətlə­rinin istismarında çətinliklər yaratmaqla yanaşı, strateji əhəmiyyətli yolların es­tetik görünüşünə də xələl gətirirdi. Ona görə də ümumi uzunluğu 5,55 kilometr olan hava xətləri və 44 ədəd iri anker dayaq xüsusi layihə əsasında demontaj edilərək, 33 kilometr uzunluqda ikidövrəli görünməz yeraltı kabellərlə əvəz edilir.

Qeyd edək ki, yeraltı kabel keçidlərinin inşası zamanı intensiv hərəkətli yollar qa­zılmayıb və nəqliyyatın hərəkətinə heç bir maneə törədilmədən xətlər böyük həcmli borularla birlikdə xüsusi texnika vasitəsilə yolun kəsişməsində yerin altı ilə keçirilib. Ən əsası enerjinin verilişində fasilə olma­yıb. Ekoloji tələblərə cavab verən yeraltı xətlərin çəkilməsi baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısının alınma­sına, enerjinin ötürülməsinın daha müasir və keyfiyyətli qaydada həyata keçirilmə­sinə səbəb olacaq.

“AzərEnerji” tərəfindən həyata keçi­rilən bu işlərin avqust ayında başa çatdı­rılması nəzərdə tutulur.

İqtisadiyyat