Cari ilin yanvar-may aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə 13 milyon 648,4 min ton yük daşınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə yüklərin 6 milyyon 227,4 min tonu və ya 45,6 faizi dəmir yolu nəqliyyatı, 4 milyon 245,2 min tonu və ya 31,1 faizi avtomobil nəqliyyatı, 3 milyon 175,8 min tonu və ya 23,3 faizi isə dəniz nəqliyyatı ilə daşınıb. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 59,5 faizi və ya 8 milyon 124,3 min tonunu tranzit yüklər təşkil edib.