ƏDV-nin 33,5 milyon manatı geri qaytarılıb

post-img

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən həyata keçirilən layihə hazırda uğurla davam etdirilir.

DVX-dən verilən məlumata görə, 2022-ci ilin noyabrından 2024-cü il iyu­nun 1-dək müvafiq portal üzrərindən, ümumilikdə, 15 min 897 müraciət daxil olub ki, həmin müraciətlərdən 8 min 363-ü üzrə 33,5 milyon manat vəsaitin ödə­nilməsi təmin edilib. Təkcə bu ilin 5 ayı ərzində vətəndaşlar layihə çərçivəsinə 2 min 522 müraciət ünvanlayıblar. Bu müraciətlər əsasında 7,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib, müvafiq qaydaların tələblərinə görə 898 müraciət üzrə ödənişdən imtina olunub.

Portal istifadəyə verildiyi tarixdən in­diyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 1365 sayda “Ya­şayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edilib ki, bunlardan 891-i təsdiqlənib.

ƏDV-nin bir hissəsinin qaytarılma­sı vətəndaşlar tərəfindən dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qay­dada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil olunur. 2023-cü ilin sentyabrından başlayaraq, vergi orqanı tərəfindən vəsait şəxsin mü­vəkkil bankda olan virtual “Ədvgerial” he­sabına köçürülür.

Qeyd edək ki, imtina hallarına səbəb olan bir sıra əsas məqamlar mövcuddur. Bunlara son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatınında “e-qaimə”nin məlumatları­nın əks etdirilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ƏDV və əsas məbləğlərin ayrılıqda ödə­nilməməsidir.

İqtisadiyyat