Cari ilin ilk 5 ayı ərzində ölkədə elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 faizə yüksəlib.
Energetika Nazirliyindən verilən məlumatda daha sonra bildirilir ki, hazırda respublikada bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 1749 meqavatdır. Bu da ümumi elektrik enerjisi üzrə qoyuluş gücünün 20,86 faizini təşkil edir.
Qeyd edək ki, ölkədə enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində, ümumilikdə, 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb və bu sərmayə qoyuluşunun gələcəkdə də davam etdiriləcəyi nəzərdə tutulub.
Azərbaycanda 20-25 il müddətinə hesablanan “yaşıl enerji” layihələri ekspertlər tərəfindən Azərbaycanın gələcəyinə, dövlət siyasətinə olan inamın göstəricisi kimi dəyərləndirilib.
Hazırda ölkəmizin qarşısında duran əsas məsələlərdən biri respublikamızda istehsal edilən “yaşıl enerji”nin Avropa ölkələrinə ixracı üçün zəruri infrastrukturun qurulmasıdır.