Yeni ekoloji standartlar

post-img

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 7887 “Suyun keyfiyyəti — Rəngin tədqiqi və müəyyən edilməsi” və AZS ISO 8288 “Suyun keyfiyyəti — Kobalt, nikel, mis, sink, kadmium və qurğuşunun təyini – Alovlu atom absorbsiya spektrometrik üsullar” yeni dövlət standartlarını qəbul edib.

Adıçəkilən Dövlət Xidmətindən bildirilib ki, standartlar Ekologiya və Təbii Sərvətlər Nazirliyində beynəlxalq standartlar əsasında hazırlandıqdan sonra  “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) müzakirəyə çıxarılıb. Standartlar müvafiq qurumlarla razılaşdırılaraq  AZSTAND tərəfindən  təsdiqlənib.

 

İqtisadiyyat