Taxıl biçini sürətlənir

post-img

Azərbaycanda payızlıq taxıl əkini sahələrinin 30 faizində biçin başa çatıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahdan mətbuata məlumat verilib. 

Xəbərə görə, bu günə qədər 303 549 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə, 920 344 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir.

Ölkə üzrə arpa əkini sahələrinin 58,7 faizində, buğda sahələrinin 9,2 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,6 sentner, buğda üzrə orta məhsuldarlıq isə 33,7 sent­ner təşkil edir.

Dünən biçin prosesinə 1572 kom­bayn cəlb olunub, bunlardan 626-sı “Aqroservis” ASC-nin, 946 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Ümumilikdə, bu mövsüm kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.

Elçin ABBASOV
XQ

İqtisadiyyat