Rusiya Dəniz Gəmiçiliyi Reyestri” Xəzər regionunda yeni xidmət istiqamətlərini təşviq edəcək

post-img

“Rusiya Dəniz Gəmiçiliyi Reyestri” (RG, reyestr) Xəzər regionunda “sinifdən çox” konsepsiyası çərçivəsində yeni xidmət istiqamətlərini tanıtmaq niyyətindədir.

AZƏRTAC Təsnifat Cəmiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə “XXI Xəzər Beynəlxalq TransLogistica Caspian 2024” sərgisində iştirak edən Azərbaycanda RG bölməsinin İdarə heyəti sədrinin müavini Sergey Kiselyov məlumat verib.

Onun sözlərinə görə, bu gün Xəzər regionu Avropa ilə Asiya arasında ən böyük logistika mərkəzidir. Burada dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu, multimodal konteyner daşımaları fəal inkişaf edir, liman qurğuları yenidən qurulur, müasir donanma yaradılır:

“Biz aparıcı dəniz sənayesi müəssisələri, hakimiyyət orqanları, təhsil təşkilatları ilə möhkəm işgüzar münasibətləri inkişaf etdirməyə davam edirik, xidmətlərimizin keyfiyyətinin yaxşılaşdırılması və müştərilərin məlumatlılığının artırılması üzərində çalışırıq”, - deyə Sergey Kiselyov qeyd edib.

“Rusiya Dəniz Gəmiçiliyi Reyestri” təsnifat cəmiyyəti 1913-cü ildən fəaliyyət göstərir, dəniz sənayesinin bütün sahələrində işləyir. RG-nin əsas məqsədləri dənizdə insan həyatının təhlükəsizliyi, gəmilərin təhlükəsiz üzməsi, dənizdə və daxili sularda yüklərin etibarlı daşınması və ətraf mühitin çirklənməsinin qarşısının alınmasına yönəlmiş tədbirlər və standartların işlənib hazırlanmasıdır.

İqtisadiyyat