BP: “Şahdəniz” qlobal layihədir

post-img

Azərbaycanda işləmək həqiqətən qürurludur. “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanda müsbət hadisələr baş verib.

AZƏRTAC xəbər verir ki, bu sözləri BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Misir və Oman regionlarında layihələr üzrə vitse-prezident Kahal Kelli Bakı Enerji Forumunda “Stereotipləri qıraraq: Enerji Həllərinin Formatlaşdırılması” mövzusundakı panel diskussiyasında deyib.

O vurğulayıb ki, “Şahdəniz” qlobal layihədir.

“Müasir texnologiyalar, dənizaltı sistemlər, Cənub Qaz Dəhlizi vasitəsilə TANAP və TAP-dan qaz ixrac edilməsi möhtəşəm infrastrukturun nəticəsidir. Yeni texnologiyaları bir araya gətirdikcə dünya sürətlə inkişaf edir. Biz süni intellektdən istifadəni genişləndirməliyik. Azərbaycanın kifayət qədər gözəl imkanları var. Eyni zamanda, biz hər zaman təhlükəsizlik və keyfiyyəti də ön planda tuturuq”, - deyə Kahal Kelli vurğulayıb.

İqtisadiyyat