Rayon sakini Elsevər Məmmədovun redaksiyamıza ünvanladığı məktubda son 2 il ərzində Kakalos kəndində Telman Əhmədov, Xalid Əhmədov, Novruz Fəttayev, Ədalət Əhmədov və digərlərinin çəltik əkini sahələrinin suyun düzgün verilməməsi səbəbindən yararsız hala düşdüyü qeyd edilir.
Məktubda vurğulanır ki, ötən il çəltik əkildikdən sonra heç bir əsas olmadan ərazinin yuxarı hissəsindən sahəyə gələn suyu kəsib yaxınlıqda bənd qoyublar. Sahələrə aşağı tərəfdən su yığıldığına və su ötürücüləri olmadığına görə əkin su altında qalaraq məhv olub. Astara Rayon İcra Hakimiyyəti və rayon Suvarma Sistemləri İdarəsi isə şikayətlərə məhəl qoymur. “Sahələrimiz indiyədək su altında olduğu üçün əkinə hazırlaya bilmirik”,–deyə sakinlər bildirirlər.
XQ