Tikinti malları 45 faiz artıb

post-img

2024-сü ilin yanvar–aprel aylarında Azərbaycanda 406,8 milyon manat dəyərində tikinti materialları istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44,6 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən “XQ” yə bildiriblər ki, ilin ilk 4 ayında beton istehsalı 39 faiz, tikinti gipsinin istehsalı 39 faiz, təbii asfalt istehsalı 32,6 faiz, betondan yığma tikinti konstruk­siyalarının istehsalı 25 faiz, sement istehsalı isə 21,6 faiz artıb.

XQ

İqtisadiyyat