4 ayda 254 ədəd yük avtomobili

post-img

2024-cü ilin yanvar–aprel aylarında Azərbaycanda 254 ədəd yük avtomobili istehsal edilib ki, bu da əv­vəlki ilin eyni dövrü ilə müqayisədə 75,2 faiz çoxdur. Bunun da nəticəsində mayın 1-nə ölkədə 73 ədəd ha­zır məhsul ehtiyatı yaranıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk 4 ayında ölkədə 219,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və ya­rımqoşquları istehsal edilib. Əvvəlki ilin yanvar–aprel aylarına nisbətən avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5 faiz artıb, maşın və avadanlıqların istehsalı 16,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 27,3 faiz azalıb.

Komitənin məlumatına əsasən, cari ilin ilk 4 ayında ölkə­də 948 ədəd və ya 2023-cü ilin müvafiq ayları ilə müqayisə­də 24,7 faiz az minik avtomobili istehsal olunub. Mayın 1-nə ölkədə 273 ədəd hazır məhsul ehtiyatı yaranıb. İlin ötən ay­ları ərzində Azərbaycanda 233 ədəd traktor istehsal edilib. 

XQ

İqtisadiyyat