Cari ilin yanvar–aprel aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 144,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 dəfə çoxdur.
Energetika Nazirliyindən verilən məlumata görə, ötən 4 ay ərzində ölkədə külək elektrik stansiyalarında 21 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 2 faizə yaxın azalma deməkdir.
Hesabat dövründə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 90,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz çoxdur.
XQ