Bu ilin yanvar–aprel aylarında ölkədə 38 milyard 182 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,7 faiz artıb.
ÜDM istehsalının 40,3 faizi sənaye, 9,5 faizi ticarət, 6,9 faizi nəqliyyat, 6 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, 2,4 faizi ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər isə ÜDM-in 10,1 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3748,1 manata bərabər olub.
XQ