İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu ilin birinci rübündə 88 mindən çox daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb.
Məlumata görə, bu göstəricinin 13 min 540-ı (15,3 faiz) ilkin, 74 min 473-ü isə (84,7 faiz) təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə mülkiyyət hüquqlarının 21 min 664-ü Bakıda, qalan hissə isə bölgələrdə qeydə alınıb.
XQ