16 KOB “Startap” şəhadətnaməsi alıb

post-img

2024-cü ilin yanvar-mart aylarında 26 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.

Kiçik və Orta Biznesin İnkişafı Agent­liyinin yaydığı məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən, Ekspertlər Şurası tərəfindən 16 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi­nin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə alan sahibkarlıq subyekt­lərinin 11-i hüquqi, 5-i fiziki şəxsdir. On­lardan 15-i mikro, 1-i isə kiçik sahibkarlıq subyektidir. 

“Startap” şəhadətnaməsi alan la­yihələr təhsil, ictimai-iaşə, İKT, sənaye kimi sahələrdə innovativ həlləri nəzər­də tutan onlayn platformaların, mobil tətbiqlərin yaradılması, müxtəlif cihaz və qurğuların istehsalını nəzərdə tutur. Ümumilikdə indiyədək 139 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəha­dətnaməsi verilib.

“Startap” şəhadətnaməsi KOB sub­yektlərini şəhadətnaməni aldıqları tarix­dən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gə­lir vergisindən 3 il müddətinə azad edir.

XQ

İqtisadiyyat