Cari ilin yanvar-mart ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ayrılan güzəştli kredit məbləğinin 59,9 faizi və ya 25,8 milyon manatı kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib.
Fondun məlumatına əsasən, hesabat dövründə kredit məbləğinin 35,5 faizi (15,3 milyon manatı) sənaye məhsullarının istehsalı və emalının, 1,6 faizi (689,6 min manatı) turizm, 3 faizi isə (1,29 milyon manatı) digər sahələrin payına düşüb.
Bu ilin yanvar-mart ayları ərzində sahibkarların 1065 layihəsinin maliyyələşdirilməsinə 43,1 milyon manat güzəştli kredit ayrılıb.
Xatırladaq ki, hesabat dövründə Fond tərəfindən 1065 layihənin maliyyələşdirilməsinə 43,1 milyon manat güzəştli kredit verilib. Kreditlərin hesabına 751 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
XQ