I rüb – 4 milyard manat investisiya

post-img

Cari ilin birinci rübündə əsas kapitala 3 milyard 809 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatında daha sonra qeyd edilir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,7 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investi­siyaların həcmi isə 4,8 faiz artıb. İstifadə olunmuş investisi­yanın 2 milyard 123 milyon manatı və ya 55,7 faizi məhsul istehsalı sahələrinə, 1milyard 453 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 233,5 milyon manatı (6,1 faizi) isə yaşa­yış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 25 milyon manatını və ya 79,4 faizini daxili investisiyalar təşkil edib. 

XQ

İqtisadiyyat