2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan 17 ölkəyə 3 milyard 490 milyon 147,9 min dollarlıq 5 milyon 600 min 505,9 ton neft ixrac edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin cari ilin birinci rübünün yekunlarına dair hesabatında bildirilib.
Hesabat dövründə Azərbaycan İtaliyaya 1 milyard 233 milyon 891,3 min dollar dəyərində 1 milyon 930 min 858,2 ton neft ixrac edib. Bununla da, İtaliya ölkəmizin ümumi neft ixracında birinci yerdə qərarlaşıb. Azərbaycanın ümumi neft ixracında ikinci yer İsrailə məxsus olub. Hesabat dövründə bu ölkəyə 621 milyon 83,9 min dollar dəyərində 1 milyon 21 min 917,3 ton neft ixrac edilib. Azərbaycanın neft ixrac etdiyi ölkələrin siyahısında ilk üçlüyü Hindistan qapayıb. İlin əvvəlindən bu Asiya ölkəsinə isə 454 milyon 380,8 min dollarlıq 712 milyon 883,7 ton neft satılıb.
Komitənin məlumatına əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.
XQ