İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 97 min 192 ədəd NKA quraşdırılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin məlumatına əsasən, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ilin yanvar-mart ayları ərzində onlayn kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 5,3 milyard manatdan artıq olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.
XQ