Bərpaolunan mənbələrdə enerji hasilatı artır

post-img

Energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 milyard 686 milyon kVt-saat elektrik enerjisi istehsal olunduğunu bildirib. 

Nazir paylaşımında hesabat dövrü ərzində ölkə üzrə elektrik enerjisi ixracının 222 milyon kVt-saat, idxalının isə 33 milyon kVt-saat təşkil etdiyini vurğulayıb. 

Qeyd olunur ki, yanvar–fevralda istilik elektrik stansiyaları üzrə 4 milyard 316 milyon kVt-saat, su da daxil olmaqla bərpaolunan enerji mənbələrindən 192 milyon kVt-saat artımla 370 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

XQ

İqtisadiyyat