Vətəndaşlara 545 milyon manatdan çox ƏDV qaytarılıb

post-img

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il martın 1-nə istehlakçılara, ümumilikdə, 1,4 milyarddan çox kassa çeki üzrə 545,2 milyon manat ƏDV məbləği geri qaytarılıb. 

İqtisadiyyat Nazirliyi yanında Döv­lət Vergi Xidmətinin bu barədə məlu­matında daha sonra həmin məbləğin 29,6 milyon manatının 2024-cü ilin yanvar-fevral aylarının payına düşdüyü bildirilib. Alınmış mallara görə ödənil­miş ƏDV-nin bir hissəsinin qaytarılması üçün “edvgerial” portalında indiyədək 2,7 milyondan çox istifadəçi qeydə alı­nıb.

Vətəndaşları pərakəndə ticarət, ic­timai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasını stimul­laşdıran “ƏDV geri al” layihəsinin re­allaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

XQ

İqtisadiyyat