Bu il Bakı–Supsa neft kəməri işə düşə bilər

post-img

Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili bu il Bakı–Supsa neft kəməri ilə neft nəqlinin bərpa olunacağına ümid edir. Bu barədə Gürcüstanın kütləvi informasiya vasitələri məlumat yayıb.

Nazir bildirib ki, neft kəmərindən istifadə ilə bağlı Azərbaycan tərəfinin mövqeyi çox vacibdir və burada biz intensiv dialoq aparırıq. Bakı–Supsa kəmərinin 1999-cu ildən Azərbaycan nefti ilə fəaliyyətə başladığını xatırla­dan L.Davitaşvilinin sözlərinə görə, ha­zırda bu marşrutla Qazaxıstan neftinin tranziti müzakirə olunsa da, bu başqa növ neftdir. “Hesab edirəm ki, əsas məsələlərə aydınlıq gətirəcəyik və ümid edirik ki, bu il Qazaxıstan neftinin nəqli başlanacaq. Gələcəkdə ildə bir milyon tondan artıq neft aşıra biləcə­yimizi düşünürük”, – deyə Gürcüstanın iqtisadiyyat naziri əlavə edib. 

Xatırladaq ki, Bakı–Supsa boru kəməri ildə 5 milyon tona qədər neft daşımaq imkanına malikdir. Bir neçə il əvvəl kəmərlə neft nəqli dayandırılıb.

XQ

İqtisadiyyat