Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 240 milyon kubmetr artımla hasil edilmiş 8,2 milyard kubmetr qazın 4,1 milyard kubmetri ixrac olunub. Bunun da 2,1 milyard kubmetri Avropa ölkələrinin payına düşüb. Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, hesabat dövründə Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz ixrac olunub. Bundan əlavə, Trans-Anadolu Qaz Boru Kəməri ilə Türkiyəyə 0,8 milyard kubmetr “mavi yanacaq” nəql edilib.
“Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,8 milyon ton, ixraca nəql edilən həcmlər isə 3,9 milyon ton olub”, – deyə paylaşımda daha sonra bildirilir.
XQ