1 ayda 16 milyon manat ipoteka krediti

post-img

Mərkəzi Bankın xəbərinə görə, bu ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 16,1 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 82,95 faiz çox) kredit verilib.

Hesabat dövründə İKZF-nin yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 30,1 faiz azalaraq 20,9 milyon manat olub.

Ay ərzində İKZF-də istiqraz buraxıl­maqla 50 milyon manat vəsait əldə edilib, 1 il bundan əvvəl olduğu kimi, fonda döv­lət büdcəsindən vəsait ayrılmayıb.

XQ

İqtisadiyyat