İlk ayda illik inflyasiya kəskin azalıb

post-img

Cari ilin ilk ayında Azərbaycanda illik inflyasiya 1,7 faiz təşkil edib. Xatırladaq ki, bu göstərici 2023-cü və ondan əvvəlki illərin yanvar aylarında müvafiq olaraq 12,5 faiz və 13,6 faiz təşkil edib. 

Bəs, ötən ay ölkədə illik inflyasiyanın kəskin enməsinə səbəb nə olub? Bunun­la bağlı İqtisadiyyat Nazirliyindən bildirilib ki, 2023-cü il ərzində respublikamızda inflyasiyada əvvəlki illə müqayisədə azal­ma davam edib. Belə ki, ötən ilin dekabr ayında cəmi məhsul və xidmətlər üzrə il­lik inflyasiya əvvəlki ilin müvafiq göstərici­sinə nəzərən 12,3 faiz bəndi azalaraq 2,1 faiz təşkil edib. 2023-cü ilin dekabr ayın­da ərzaq məhsulları üzrə illik inflyasiya 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, ödənişli xidmətlər üzrə isə 3,7 faiz olub. İnflyasiyada səngimə 2024-cü ildə də davam edib və cari ilin yanvar ayında bu göstərici 1,7 faizə enib.

“Ticarət tərəfdaşları üzrə inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazar­larında qiymətlərin enməsi, profisitli tə­diyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumət tərəfindən həyata keçirilən an­tiinflyasiya tədbirləri inflyasiyaya azaldıcı təsir göstərib”, – deyə məlumatda qeyd olunub.

Maliyyə Nazirliyinin məlumatında, həmçinin bildirilib ki, qeyd edilənlərlə yanaşı, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdır­maqla inflyasiyaya azaldıcı təsir göstə­rib: “Qiymətlərin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi, eyni zamanda ölkədə qiymətlərin ba­zar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasın­da antiinflyasiya tədbirlərinin gücləndi­rilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”, eləcə də “İnflyasiya və qiy­mətlər üzrə monitorinqin gücləndirilmə­si istiqamətində əlavə tədbirlər barədə” sərəncamlarında nəzərdə tutulan komp­leks tədbirlərin icrası da inflyasiyaya azaldıcı təsir göstərib”. 

XQ

İqtisadiyyat