İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb.
Nazirlikdən bildirilib ki, tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi-ticarət əlaqələrinin, investisiya tərəfdaşlığının və biznes dairələri arasında işgüzar münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, sənaye, enerji, infrastruktur və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahəyə Səudiyyə Ərəbistanı şirkətləri tərəfindən investisiyaların yatırılması məsələləri müzakirə olunub. Tərəflər əlaqələrin inkişafı, iqtisadi, investisiya və turizm potensialının təşviqi istiqamətində tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparıblar.