Mariya Zaxarova: Üçtərəfli kommunikasiyaların açılması üzrə işçi qrupunun işi İrəvanın mövqeyinə görə ləngiyib

post-img

Baş nazirlərin müavinlərinin həmsədrliyi ilə Azərbaycan–Rusiya–Ermənistan üçtərəfli işçi qrupunun işi Yerevanın mövqeyinə görə irəliləmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

“Ermənistan hakimiyyəti suverenlik prinsipləri əsasında bərabərlik və qarşılıqlılıq çərçivəsində regional kommunikasiyaların açılmasına hazırlıqdan danışıb. Azərbaycan bu yanaşmadan imtina etməyib. Bu mövzu əvvəllər Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində ətraflı müzakirə edilib. Təəssüf ki, bu iş Ermənistanın mövqeyinə görə ləngiyib”, - M.Zaxarova qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Siyasət