Türkiyə şirkəti Azərbaycanda şüşə taralar istehsal edən zavodun tikintisini həyata keçirəcək

post-img

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin ən böyük şüşə məmulatları istehsalçılarından biri olan “Gürok Group” şirkətlər qrupu arasında Azərbaycanda şüşə taraların istehsalı imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, layihənin əsas məqsədi beynəlxalq standartlara uyğun şüşə taralar istehsal edən zavodun tikintisi, ölkəmizdə və xarici ölkələrdə qida və içki istehsalçılarının tələbatını qarşılayaraq idxalın əvəz edilməsi ilə yanaşı digər ölkələrə ixracın həyata keçirilməsidir.

Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan "Gürok Group" şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir.

 

İqtisadiyyat