1 ayda 2,4 milyard kilovat-saat elektrik enerjisi

post-img

2024-cü ilin yanvar ayı üzrə respublikada elektrik enerjisinin istehsalı 13 faiz azalaraq 2 milyard 401,6 milyon kilovat-saat olub. Bu barədə Energetika Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, ay ərzində elektrik ener­jisi istehsalı istilik elektrik stansiyaların­da 2 milyard 229,3 milyon kilovat-saat, su elektrik stansiyalarında əvvəlki ilin eyni dövrünə nisbətən 62,2 milyon ki­lovat-saat artımla 129,4 milyon kilo­vat-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon kilovat-saat artımla 42,9 milyon kilovat-saat təşkil edib. Hesabat döv­ründə külək elektrik stansiyalarında 5,8 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 18,2 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandı­rılması Zavodunda isə 18,9 milyon kilo­vat-saat elektrik enerjisi istehsal edilib. Yeri gəlmişkən, yanvar ayında günəş elektrik stansiyalarında elektrik enerji­sinin istehsalı 4 dəfədən çox artıb.

Ötən ay ərzində elektrik enerjisinin ixracı 4,4 dəfə azalaraq 116,3 milyon kilovat-saat, idxalı isə 75,9 faiz artaraq 19 milyon kilovat-saat olub.

XQ

İqtisadiyyat