Əhaliyə 4,5 milyard manatlıq məhsul satılıb

post-img

2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq məhsul satılıb. Bunun da 2,5 milyard manatlığı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 2 milyard manatlığı isə qeyri-ərzaq mallarının payına düşüb. 

Dövlət Statistika Komitə­sindən bildirilib ki, 2023-cü ilin yanvar ayı ilə müqayisə­də pərakəndə ticarət dövriy­yəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatla­rı üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 5 faiz artıb.

Cari ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mal­lara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmu­latlarının, 14,3 faizi toxuculuq məh­sulları, geyim və ayaqqabıların, 5 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərə­findən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadə­də 3,5 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.

XQ

İqtisadiyyat